EN

Şeynbaum: Meksika ABŞ-ın daxili işlərinə müdaxiləsinə icazə verməyəcək

Meksika prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-ın daxili işlərinə müdaxiləsinə icazə verməyəcəyini bildirib.

APA xəbər verir ki, Şeynbaum bu barədə mətbuat konfransında çıxışı zamanı danışıb.

“ABŞ-ın heç bir müdaxiləsi olmayacaq. Sadəcə ona görə ki, Meksika xalqı istənilən xarici müdaxiləyə qarşı birləşib. Bir neçə nəfər istisna olmaqla, heç bir meksikalı kişi və qadın xarici təzyiq və ya müdaxilə istəmir”, - o deyib.

Dövlət başçısı Meksikanın ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığa üstünlük verdiyini bildirib.

Chosen
11
1
apa.az

3Sources