EN

Hər gün məqsədsiz işə gedib gəlmək sabah uğursuz bir karyera dövrünə yol olacaq

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı altında baş tutub.

Forumda Kamran Məmmədov spiker kimi çıxış edib və bildirib ki, şəxsiyyət brend yaradır və şəxsi brendini yaratmaq istəyən şəxs öz istiqamətini seçməlidir.

“Bizim insanlar istifadə etmədikləri məhsullara inanmırlar. Buna görə də şəxsi brendinizi yaratmaq önəmlidir. Başqası üçün çalışdıqda belə, məqsədiniz olmalıdır. Bilməlisiniz ki, sabah nə edəcəksiniz. Hər gün məqsədsiz işə gedib-gəlmək sabah bir uğur qazanmağınıza səbəb olmayacaq”,-deyə Kamran Məmmədov qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
65
bizimyol.info

1Sources