EN

Başqa yüklərin də Azərbaycan ərazisindən Ermənistana daşınması imkanları müzakirə edilir

BAKI, 6 noyabr. TELEQRAF

Rusiyadan Ermənistana gətirilən, ümumi çəkisi 1050 ton olan Rusiya buğdasının ilk partiyası Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın "Cənubi Qafqaz Dəmir Yolu" Şirkəti məlumat yayıb.

"15 taxıl vaqonunda daşınan yük Azərbaycan ərazisindən keçərək Gürcüstan-Ermənistan dövlət sərhədini keçib. Taxıl "Cənubi Qafqaz Dəmir Yolu Şirkəti"nin Dalarik stansiyasına çatdırılacaq".

Yeni logistik xidmətin fəaliyyətə başlaması Azərbaycan üzərindən Ermənistana yükdaşımaların bərpası qərarı ilə mümkün olub. Bu, 1990-cı illərdən bəri belə daşımalara ilk cəhddir.

"2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrutla daha 132 vaqon buğdanın çatdırılması planlaşdırılır. Bundan başqa, digər növ yüklərin daşınması imkanlarının müzakirəsi də planlaşdırılır", - məlumatda deyilir.

Chosen
61
teleqraf.com

1Sources