“Mançester Yunayted” və “Mançester Siti” gələcəyin ulduz futbolçusunu ələ keçirmək uğrunda yarışa giriblər.
Fanat.Az xəbər verir ki, hər iki klub “Lester Siti”nin 16 yaşlı istedadı Yereymi Monqa ilə maraqlanır.
Gənc yarımmüdafiəçi “Lester”in heyətində göstərdiyi oyunla Premyer Liqa nəhənglərinin diqqətini çəkib. Monqa həm fiziki gücü, həm də oyun zəkası ilə öz yaşıdları arasında fərqlənir.
İngiltərə mətbuatının məlumatına görə, hər iki Mançester klubu futbolçunun 17 yaşı tamam olan kimi onu rəsmən heyətinə qatmaq niyyətindədir.
Qış transfer dönəmi yaxınlaşdıqca, Monqan uğrunda bu “sakit müharibə”nin qızışacağı gözlənilir.
Kamil Xudiyev