EN

LUKOIL Bakı limanından neft göndərməyi dayandırıb –Reuters

Bu ay LUKOIL Xəzər neftini Bakı limanından göndərməmək qərarına gəlib. Bu, şirkətə qarşı sanksiyaların təzyiqi ilə bağlıdır.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, LUKOIL xam nefti ixrac üçün Mahaçqala vasitəsilə Novorossiyskə göndərməyi planlaşdırır.

LUKOIL-ın noyabr ayında Mahaçqala vasitəsilə təxminən 30.000 ton xam neft daşıması gözlənilir. Dekabr ayında hazırda Bakı vasitəsilə göndərilən bütün həcmləri – 130.000 ton – bu marşruta köçürəcək. Daha sonra bu neft ixrac üçün Mahaçqaladan Novorossiyskə boru kəməri ilə nəql ediləcək.

Sxem artıq sınaqdan keçirilir. Rusiya bayrağı altında üzən “Lady Leila” tankeri Korçagin yatağından Mahaçqalaya 5000 ton neft çatdıracaq. Daha sonra o, Mahaçqala-Novorossiysk boru kəmərinə (Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi) göndəriləcək və daha sonra Qara dəniz limanında digər ölkələrə gedən tankerlərə yüklənəcək.

Xatırladaq ki, LUKOYL Xəzər şelfinin Rusiya hissəsində iki yataqda – Filanovski və Korçagin yataqlarında əməliyyat aparır. Orada hasil edilən neft əvvəllər BTC və CPC sistemlərinə gedirdi. Lakin son vaxtlar əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal zavodlarına göndərilib.

Reuters -in mənbələri bunun Qazaxıstan neftinin Novorossiyskdən daşınmasına təsir etməyəcəyini dəqiqləşdiriblər.

AzPost.az

Chosen
48
azpost.info

1Sources