Dünyaca məşhur portuqaliyalı futbolçu Kriştianu Ronaldu, verdiyi son müsahibəsində nişanlısı Corcina Rodriqesə necə evlilik təklifi etdiyini danışıb. Ulduz futbolçu, romantik biri olmadığını etiraf edib və toy planları barədə də açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Al Nassr” klubunda karyerasını davam etdirən Ronaldu, məşhur britaniyalı jurnalist Pirs Morqanın proqramında qonaq olub.
Müsahibə zamanı Ronaldu yalnız futbol həyatı ilə bağlı deyil, həm də şəxsi münasibətləri barədə səmimi fikirlərini bölüşüb. O, Corcina Rodriqeslə olan münasibətinə dair maraqlı detallar paylaşıb.
Xatırladaq ki, Kriştianu Ronaldu uzun illərdir birlikdə olduğu və iki qızının anası olan ispan model Corcina Rodriqesə keçən ilin avqust ayında 5 milyon dollar dəyərində təkqaş üzüklə evlilik təklifi etmişdi.
Ulduz futbolçu müsahibəsində bildirib ki, hələ də romantik jestlərdə bir qədər çətinlik çəkir, lakin ailəsi ilə xoşbəxt bir gələcək qurmağın onun üçün ən böyük məqsədlərdən biridir.