EN

Niderlandda türkiyəli muğənniyə hücum edildi

Türkiyənin ulduz müğənnisi İrem Derici hücuma məruz qalıb. Xoşagəlməz hadisə Niderlandda baş verib. Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli məşhur sosial şəbəkə hesabında yazıb. İrem Derici "Ayaks"-"Qalatasaray" matçını izləmək üçün sevgilisi Melih Kunukçu ilə Niderlandda getsə də, arzusunu reallaşdıra bilməyib. Yerli fanatların hücumuna məruz qalan müğənni polis əməkdaşlarının tövsiyəsi ilə hotel otağında məcburi həbs həyatı yaşamalı olub. Müğənni deyib ki, matçı izləyə bilmədiyi üçün üzülsə də, komandasının rəqibi üzərində qazandığı parlaq qələbə ona hədsiz sevinc bəxş edib.

İnsident zamanı cütlük yüngül xəsarət alıb.

Chosen
36
2
metbuat.az

3Sources