EN

Zərdabda ağacları kəsən rayon sakini saxlanılıb

Zərdabda ağacları kəsən rayon sakini saxlanılıb.

News365.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac kəsən S.Əzizov tutulub. Araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən edilib.

S.Əzizov barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Chosen
13
11
news365.az

10Sources