EN

Qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb olundu

Zərdabda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

NOCOMMENT.AZ xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac kəsən S.Əzizov saxlanılıb.

Araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində sağlam söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən edilib.

S.Əzizov barəsində qanunvericilə uyğun olaraq tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Chosen
14
10
nocomment.az

10Sources