EN

Bu dəyişiklik qəbul olunarsa, yanvardan işçilərin ixtisar edilməsi prosesi baş verə bilər Əli Məsimli

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Bu mərhələnin hədəflərinə dolğun şəkildə çatmaqdan ötrü zəruri olan şərtlər içərisində iqtisadi artım templərinin sürətləndirilməsi və artımın keyfiyyətinin yüksəldilməsi xüsusi yer tutur. Artım templərinin sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi isə digər şərtlərlə yanaşı, vergi sisteminin yaşadığımız hazırkı mərhələnin tələblərinə uyğun şəkildə təkmilləşdirilməsini zəruri edib. Bu zaman vergilərin fiskal, tənzimləyici və stimullaşdırıcı funksiyalarının effektiv kombinasiyasına nail olunması mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər barədə mülahizələrimizi bildirmək istərdik".

Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnsitutunun rəhbəri Əli Məsimli noyabrın 6-da parlamentin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, Vergi Məcəlləsində 45 əsas maddə üzrə 145 dəyişiklik nəzərdə tutulur. Onun sözlərinə görə, həmin dəyişikliklər 3 bloka bölünüb:

"Birinci blok sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldlması adlanır.

Burada ölkəmizdə istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi təklif olunur. Yerli istehsalın dəstəklənməsi məqsədilə ölkə ərazisində istehsal olunan yük avtomobillərinin satışının və onların ehtiyat hissələrinin idxalında güzəştlərin tətbiqi nəzərdə tutulur. Ölkədə istehsal olunun yük avtomobillərinin satışının və onlarn ehtiyat hissələrinin ƏDV-dən azad olunur.

İkinci blok vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi adlanır. Burada neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulması güzəştinin ləğv olunurması və həmin sektorun mərhələrlə artan nisbətdə vergiyə cəlb olunması nəzərdə tutulur. Məlumdur ki, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manata qədər aylıq gəlirlərindən 2019-cu il yanvarın 1-dən 7 il müddətində vergi tutulmurdu. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən həmin güzəştlərin müddəti başa çatır. 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 5 faiz, 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz vergi tutulacaq. Əməkhaqqısı 8000 manata qədər olan şəxslərin gəlir vergisindən azad edilməsi yüz minlərlə əlavə əmək müqaviləsinin bağlanmasında mühüm rol oynayb. Gələn ildən bu yöndə əks proses başlaya bilər. Əməkhaqqısı 8000 manata qədər olan şəxslərin gəlir vergisinə cəlb edilməsi nəticəsində müqaviləsiz işləməyə üstünlük verənlər, yəni qeyri-rəsmi işçilərin sayı arta bilər. Bu dəyışıkliyın sahibkarlara təsiri nəticəsində işçilərin ixtisar edilməsi prosesi də baş verə bilər.

Üçüncü blok vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizə adlanır.

Bu blokun adı çox aktual olsa da, eləcə də dəyişikliklərdə nəzərdə tutulanlar vacib olsa da, Azərbaycandakı kölgə iqtisadiyytaının miqyasları fonunda çox kiçik elementlərdir. Kölgə iqtisadiyyatı daraltmaq, labüd və mümkün olan hissəsini leqallaşdırmaqdan ötrü daha geniş miqyaslı tədbirlər həyat keçirilməlidir.

Burada fiziki şəxslərlərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi təklif olunur. Kirayə üzrə vergi dərəcəsinin 4 faiz bəndi aşağı salınmaqla tətbiq edilməsini nəzərdə tutulan sistem kirayə üzrə qeydiyyatı bir qədər artlra bilər, amma tamamilə yox, yalnız bir qədər... Bu sistemin normal işləmsi üçün 14 faizlik vergi dərəcəsi yüksək idi, 10 faiz də yüksəkdir. Fiziki şəxslərlərin kirayə haqqı gəlirləri üzrə 14 faizlik vergi dərəcəsinin tətbiqi işləmirdi. İndiki 14 faizlə yeni təklif olunan 10 fazilik vergi dərəcısi arasında elə bir fərq olmadığından, 10 faizlik vergi dərəcəsi də geniş miqyasda işləməyəcək. Çünki burada prosedur xərcləri, “Forma 2” almaq üçün xərclər və digər xərclər də da var. Ona görə də fiziki şəxslərlərin kirayə haqqı gəlirləri üzrə 3-5 faizlik vergi dərəcəsi tətbiq olunsa, belə bir variantın işləmə dairəsi xeyli genişlənər. Vergi dərəcəsi 3-5 faizə salınsa, bu vətəndaşlarda sözügedən sahədə vergiödəmə vərdişini gücləndirə bilər. Ona görə də bu sahədə vergi dərəcəsinin aşağı salınması vacibdir".

Əli Məsimli hesab edir ki, bütün bunlarla yanaşı, sadələşdirilmiş vergi sistemində vergi dərəcəlrinin optimallaşdırılmasını, eləcə də vergidən azad olan hissənin 200 min manatdan 400 min manata qaldırılmasını təkcə nəqdsiz hesablaşmara aid etməklə məhdudlaşmaq yox, bütövlükdə tətbiqini vacibdir:

"Eyni zamanda həm dəbu limiti 400 min manatla məhdudlaşmayıb, bu sahədəki məlum sui istifadə hallarına qarşı etibarlı mexanizm tətbiq etməklə, məbləğin mərhələlərlə yenidən qaldırılması məqsədəuyğun olar.

Məlumdur hazırda Azərbaycanda aylıq gəlirin 200 manata qədəri vergiyə cəlb olunmur. Bu rəqəm bəlkə də nə vaxtsa müəyyən qədər əhəmiyyətli olub, amma indi çox aşağı bir məbləğdir. Fikrəmizcə bu qayda dəyişdirilməli mərhələli şəkildə minimum əmək haqqından vergi tutulmaması prinsipi tətbiq edilməlidir. Vergiyədən azad edilən məblığ 200 manat yox, hazırda 400 manata bərabər olan minimum əmək haqqı məbləği olmalıdır. Zənnimizcə, beynəlxalq praktikada çox tətbiq olunan bu qaydanın bizdə də tətbiqı ədalətli olar".

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
redaktor.az

3Sources