EN

Ələkbərovdan Azərbaycanla bağlı gözlənilməz KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Lukoyl” şirkəti Xəzər yataqları vasitəsilə Bakı limanına neft tədarükünü dayanırıb. Artıq şirkət Novorossiysk vasitəsilə ixrac üçün Mahaçqala limanına neft daşımağa başlayıb.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Rusiya bayrağı altında üzən “Lady Leila” tankeri 6 noyabrda Mahaçqalaya çatacaq və Korçagin yatağından 5 min ton neft daşıyacaq.

Noyabr ayında “Lukoyl” Mahaçqala limanına təxminən 30 min ton neft tədarük edəcək və dekabrdan etibarən Bakıya göndərilən bütün neft həcmini (təxminən 130.000 ton) Rusiya limanına yönləndirəcək.

Mahaçqaladakı limandan neft “Daqnefteprodukt” neft anbarına ötürülür. Daha sonra xam neft Bakı-Novorossiysk nəqliyyat sisteminin bir hissəsi olan Mahaçqala-Novorossiysk boru kəmərinə göndərilir. Mahaçqala neft terminalının ötürmə gücü ayda təxminən 400 min tondur.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi “Lukoyl” və onun törəmə şirkətlərinə qarşı sanksiya tətbiq edib. Oktyabrın ortalarında Böyük Britaniya da şirkəti sanksiya siyahısına əlavə etmişdi. Lakin ABŞ-ın məhdudiyyətləri Xəzər Boru Kəməri Konsorsiumu (CPC) və Tengizchevroil ilə əməliyyatlara şamil edilmir, Böyük Britaniya sanksiyaları isə Qazaxıstandakı Qaraçaqanak yatağına və Xəzər dənizindəki Şahdəniz yatağına aid deyil.

Qeyd edək ki, “Lukoyl” neft şirkətinin təsisçisi iş adamı Vahid Ələkbərovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
4
konkret.az

5Sources