EN

Yusif Vəliyev: Əməkdaşlığımızın əsas addımlarından biri əlamətdar günlərimizin Azərbaycan və Türkiyədə keçirilməsidir

Azertag saytına istinadən ain.az xəbər verir.

İstanbul, 6 noyabr, Günel Karatepe, AZƏRTAC

Bu gün İstanbulda tarixi Zəfərimizin beşinci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Gənclərinin Forumunda iştirak edirik. “Zəfərin 5 ili” mövzusunda keçirilən bu forumda azərbaycanlı və türkiyəli gənclərimizlə yanaşı, Türk dünyasından olan və Türkiyədə təhsil alan tələbələrimiz də iştirak edirlər. Tədbirin əsas mahiyyəti, təbii ki, bizim tarixi Qələbəmizi bir daha, yenidən gənclərimizə çatdırmaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev ifadə edib.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanımızın da iştirak etdiyini xatırladan Yusif Vəliyev deyib: “Qəhrəmanımız bu şanlı Zəfərə gedən yolu keçmiş bir şəxs kimi xatirələrini gənclərimizlə bölüşəcək. Buradakı əsas məqsədimiz Azərbaycan ilə Türkiyə gəncləri arasındakı strategiya və qardaşlığın daha da dərinləşməsinə töhfə verməkdir. Biz Türkiyə Gənclik Vəqfi ilə daim əlaqədəyik və təbii ki, bu əməkdaşlığın əsas addımlarından biri də hər iki ölkə üçün əlamətdar günlərin qarşılıqlı olaraq Azərbaycan və Türkiyədə keçirilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
azertag.az

2Sources