EN

ABŞ beş MDB ölkəsi ilə yeni dövrün başladığını elan etdi: Layiq olduğunuzu alacaqsınız

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ MDB-yə üzv ölkələrlə münasibətlərdə yeni bir dövrün başlandığını elan edib və Mərkəzi Asiya dövlətlərinə indiyədək olmadığı qədər çox diqqət göstərməyə söz verib. Bu, ABŞ administrasiyası nümayəndələrinin Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə səsləndirdikləri çıxışlarda yer alıb.

Teleqraf xəbər verir ki, siyasətçilərin çıxışları ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Sercio Qor bildirib ki, indi Mərkəzi Asiya ölkələrinin birbaşa Ağ Ev ilə əlaqəsi var: “Siz indi həqiqətən layiq olduğunuz diqqəti görəcəksiniz”.

Öz növbəsində, ABŞ Dövlət katibi Marko Rubio hazırkı mərhələni Amerika ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərdə yeni dövr adlandırıb. Onun sözlərinə görə, hazırda ABŞ-nin maraqları Mərkəzi Asiya tərəfdaşlarının maraqları ilə üst-üstə düşür və bu səbəbdən əlaqələrin dərinləşdirilməsi vacibdir.

“Biz öz tərəfimizdən Amerika innovasiyaları, biznes və məhsullarının yeni bazarlara çıxması üçün imkanlar axtarırıq, çünki bu, ölkələr arasında əlaqələri möhkəmləndirir. Siz isə Tanrının sizə bəxş etdiyi insan və təbii potensialdan istifadə edərək iqtisadiyyatı şaxələndirmək, yalnız xammal və enerji mənbəyi olmaqla kifayətlənməyib, yeni sahələr inkişaf etdirmək və vətəndaşlarınız üçün uzunmüddətli imkanlar yaratmaq istəyirsiniz”, - Rubio vurğulayıb.

Chosen
42
teleqraf.com

1Sources