Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün ikinci oyununu keçirib. Qızlarımızın rəqibi Tacikistan yığma komandası olub. Oyun millimizin 3:0 (25:5, 25:11, 25:9) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək.
Qabil YUSİFOĞLU
XQ