Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanında təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, milli komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb.
Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.
Futzal millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Liviya yığmasına 5:4 hesabıyla qalib gəlmişdi.
İslamiada
6 noyabr
Özbəkistan – Azərbaycan 13:2
Qollar: Emil Həsənzadə, Fərid Abbasov.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksi, Yaşıl zal. Saat 17:00.
Azərbaycan: 1. Kamran Hacıyev (k), 3. Kənan Manafov, 5. Eldar Zeynalov, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 12. Cavad Məmmədov, 2. Ədalət Ələkbərov, 4. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Oqtay Mahmudzadə.
Baş məşqçi: Yevgeni Kukseviç.

