EN

Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2019-cu ildə baş vermiş insident səbəbindən ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Ermənistanı tərk etməsinə məhdudiyyət qoyub.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkə hesabında məlumat yayıb. 
Bildirilib ki, səyahət qadağası yeni ittiham əsasında qoyulub. Makinyan dəqiqləşdirib ki, dünən axşam saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qəfildən Sarkisyanın yenidən çağırılmasının zəruriliyini elan edib. Vəkilin sözlərinə görə, bu qərar məhkəmənin sabiq prezidentin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı prokurorluğun vəsatətini təmin etməkdən imtina etməsi ilə bağlıdır.
Qeyd edək ki, Ermənistanın üçüncü prezidentinə qarşı bir neçə cinayət işi açılıb, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaqların qanunsuz özgəninkiləşdirilməsi, rüşvətxorluğa köməklik və təşviqat. Bu işlər sonradan iki ayrı icraata birləşdirilib. 
Chosen
26
yeniavaz.com

1Sources