EN

Azərbaycanda axund və xanımı orqanlarını BAĞIŞLADI

Bakının Pirallahı rayonunun axundu Mübariz Rəhimov və xanımı orqanlarını bağışlayıblar.

Bu barədə Modern.az-a Mübariz Rəhimovun özü məlumat verib.

“Bu gün mən və xanımım Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası Mərkəzində rəsmi ərizə imzaladıq. Biz vəfat etdikdən sonra ürək, qaraciyər, ağ ciyər, böyrək, bağırsaq, mədə və mədəaltı vəzi kimi orqanlarımızın ehtiyacı olan xəstələrə transplantasiyasına razılıq verdik. Ümid edirik ki, bu qərarla bir neçə insanın ailəsinə sevinc, bir neçə ailəyə ümid gətirə biləcəyik”, - Pirallahı rayonunun axundu saytımıza bildirib

Axund M.Rəhimov bununla bağlı Qurani-Kərimdən sitat gətirib:

“Qurani-Kərim buyurur: “Kim bir nəfəri qəsdən öldürərsə, bütün insanları öldürmüş kimi, kim də bir nəfərə həyat versə, bütün insanları diriltmiş kimi olar” (Maidə surəsi, 32-ci ayə). Bu ayəni xatırlayaraq inanırıq ki, bir insanın həyatına vasitəçilik etmək bütün insanlığa xidmət etmək deməkdir.

Biz bu addımı atmaqla həm dünyəvi məsuliyyətimizi, həm də imani borcumuzu yerinə yetirdiyimizi düşünürük. Allahdan diləyimiz odur ki, bu xeyir işimizi qəbul etsin, bizə və sevdiklərimizə həm dünyada, həm axirətdə xeyir və mükafat nəsib etsin”.

Chosen
26
2
modern.az

10Sources