EN

Azərbaycandan keçən tranzit qatarların sayı açıqlandı

“AZCON Holding” şirkətlərindən olan ADY bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir.

 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. 

Bildirilib ki, qeyd olunan dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.

"Cebheinfo.az"

Chosen
21
10
cebheinfo.az

10Sources