EN

Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini ElnurMəmmədov Özbəkistanın Səmərqənd şəhərində YUNESKO Baş Konfransının43-cü sessiyasına qatılıb.

Sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatınyeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib.Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd XalidEl-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.

Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri XondkerMohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy iləgörüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarınınfəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələrvə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsiaparılıb.

Chosen
42
12
az.trend.az

10Sources