EN

Heyvan bazarlarında yenidənqurma işləri aparılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə epizootoloji stabilliyin qorunması məqsədilə respublikanın müxtəlif bölgələrində heyvan bazarlarında monitorinqləri davam etdirir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki , növbəti nəzarət tədbirləri Beyləqan, Gədəbəy, Füzuli, Salyan, İmişli, Qəbələ, Şəki, Tovuz, Qazax və Sabirabad rayonlarında rayonlarında həyata keçirilib.

İlkin nəticələrə əsasən, ölkə üzrə bir sıra bazarlarda artıq yenidənqurma işlərinə başlanılıb. Bazar sahiblərinə ərazilərin AQTA Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq işlərin aparılması üçün nümunəvi eskiz layihələri təqdim olunub, görülən tədbirlər həmin layihələr əsasında aparılır. Bir sıra rayonlarda bazar sahiblərinin intensiv şəkildə ərazilərdə müvafiq tədbirlər gördüyü müşahidə olunur.

Ərazilərə dezobaryerlər quraşdırılır, baytar həkimlərin fəaliyyəti üçün şərait yaradılır.   Bazar sahibləri işləri yekunlaşdırdıqdan sonra Agentliyə ediləcək müraciət əsasında fəaliyyətləri bərpa olunacaq.

Chosen
74
cebheinfo.az

1Sources