Qurbanovun növbəti sınağı

Qurban Qurbanov yeni sınaqla üz-üzədir.

Təcrübəli mütəxəssis bu dəfə Kadisiz bacarmalıdır.

Braziliyalı futbolçu 8-10 həftə komandasına kömək edə bilməyəcək.

O, ən yaxşı halda Çempionlar Liqasının son iki turunda meydanda ola biləcək.

Görək, Q. Qurbanov bu dəfə vəziyyətdən necə çıxmağı bacaracaq?

Kadi "Qarabağ" üçün çox önəmli fiqurdur. Hücumdakı əsas oyunçudu desək yanılmarıq.

Onun yerində oynamağa 3 əsas namizəd var - Nəriman, Addai və Kaşuk.

Leandronu 10 nömrə mövqeyində oynatmaq da seçimlərdən biri ola bilər.

Lakin o zamanda onun yerinə kimisə qoymaq lazım olacaq.

Hərhalda Qurban Qurbanov bu işin də üstəsindən gələr. İndiyə qədər gəldiyi kimi...