EN

Çexiya hökuməti istefa verdi


Çexiyada Baş nazir Petr Fialanın hökuməti istefa verib.
Yeniavaz.com
ČTK agentliyinə istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri məlumat verib.
Siyasətçinin sözlərinə görə, cümə axşamı, noyabrın 6-da o, istefa ərizəsini Çexiya prezidenti Petr Pavelə təqdim edəcək.
Çexiya Konstitusiyasına əsasən, oktyabrın 3 və 4-də keçirilmiş seçkilərdən sonra ölkə parlamentinin Deputatlar Palatasının (aşağı palata) ilk iclasının yekunlaşmasından sonra hökumət istefa verib.
Prezidentin hökumətə yeni kabinet təyin olunana qədər vəzifəsini icra etməyi tapşıracağı gözlənilir.
Yeni hökumət gələn ayın ortalarından gec olmayaraq fəaliyyətə başlayacaq.
Chosen
12
1
yeniavaz.com

2Sources