EN

Gürcüstan ABŞ ilə münasibətləri yenidən nəzərdən keçirməyə hazırdır- Kaladze

Bakı. Trend:

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildəyenidən nəzərdən keçirilməsinə hazırdır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - DemokratikGürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladzejurnalistlərə bildirib.

“Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərin açıq şəkildəyenidən nəzərdən keçirilməsinə hazırdır. Əvvəlki administrasiyadövründə bizə ünvanlanan hədələr eşidirdik ki, bu daqəbuledilməzdir. Biz müstəqil ölkəyik, müstəqilliyimiz uğrundababalarımız mübarizə aparıblar və biz bu müstəqilliyi kimsədənasılı olmamaq üçün qazanmışıq”, - deyə Kaladze bildirib.

Xatırladaq ki, Gürcüstanın ABŞ ilə münasibətləri 2024-cü ildəölkədə “xarici agentlər haqqında” qanunun qəbulundan sonrapisləşib.

Məqalədə:
Chosen
37
az.trend.az

1Sources