Çexiyanın Baş naziri Petr Fialanın rəhbərlik etdiyi hökumət istefa verib.
Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri bildirib və onun sözlərini ČTK agentliyi yayıb.
Daha əvvəl ölkə Prezidenti Petr Pavel müxalifətdəki sağçı ANO partiyasının lideri Andrey Babişə yeni hökumətin formalaşdırılmasını tapşırıb.