
Ukraynadan əlavə miqrant qəbul etməyə hazırıq.Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb."Biz buna açığıq. Zəhmət olmasa, gəlin, ukraynalılar. Sizi məmnuniyyətlə qarşılayacağıq. Ailələrinizə və övladlarınıza təhsil və səhiyyə baxımından belaruslarla eyni həyat keyfiyyətini təmin edəcəyik. Ukraynalılar bizim üçün nemətdir. Onlar bizi başa düşən və dilimizdə danışan çox zəhmətkeş insanlardır. Buna baxmayaraq, qonşumuzun evinə bəla gəlib. Düşünürəm ki, biz bu məsələni həll edəcəyik", - dövlət başçısı əlavə edib.Qeyd edək ki, 24 fevral 2022-ci ildən Belarusa 320 mindən çox Ukrayna vətəndaşı gəlib.
İlahə QənbərliMissiya.Az