EN

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

Rusiyaya qarşı bir neçə yeni sanksiyaların tətbiqi ilə bağlıqərar verilib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti VolodimirZelenski öz “Telegram” kanalında bildirib.

O, Rusiya əleyhinə bir neçə yeni sanksiya qərarını imzaladığınıbildirib.

“Bir neçə yeni sanksiya qərarını imzaladım. Tərəfdaş ölkələrinsanksiyalarının Ukrayna yurisdiksiyası çərçivəsindəsinxronlaşdırılmasını davam etdiririk və bu gündən etibarənRusiyaya qarşı bu müharibəyə görə Avropa İttifaqının 19-cu sanksiyapaketi Ukraynada qüvvəyə minir.

Həmçinin Avropa İttifaqının sanksiyalarının Aİ-yə daxil olmayandigər Avropa ölkələrinin yurisdiksiyalarında da tətbiq edilməsiüzərində işləyirik. Bu, güclü bir paketdir”, - deyə Zelenskibildirib.

Onun sözlərinə görə, Kiyev həmçinin Arktika bölgəsində fəaliyyətgöstərən Rusiya subyektlərinə qarşı da məhdudiyyətlər tətbiq edib.Dövlət başçısı əlavə edib ki, o, Təhlükəsizlik və Müdafiə ŞurasınaRusiya təbliğatı və hərbi istehsal sahəsində fəaliyyət göstərənsubyektlərə, eləcə də kollaborantlara qarşı yeni qərarlarınhazırlanması barədə tapşırıq verib.

Məqalədə:
Chosen
28
az.trend.az

1Sources