EN

Polis rəisi 400 min dollarla qaçarkən saxlanılıb

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kiyevin Darnitsa polis idarəsinin rəisi Yuri Rıbyanski xidmətə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb.Reyting.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Polis İdarəsinin kommunikasiya departamenti “Facebook”da məlumat yayıb.Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (“itkin düşmüş şəxs” qeydi ilə qəsdən adam öldürmə) ilə bağlı cinayət işi çərçivəsində dərhal zabiti axtarmağa başlayıblar.Açıqlamada bildirilir ki, Y. Rıbyanskinin maliyyə cəhətdən məsul şəxs kimi müsadirə edilmiş əmlaka çıxışı olub. İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşmüş vəsaiti aşkar ediblər.Ukrayna Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən səlahiyyət və ya vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanılıb.Bu arada, “Telegram” kanalları Darnitsa polis idarəsinin anbarından 400.000 dolların yoxa çıxdığını bildirib.Kiyev polisi daha sonra Y. Rıbyanskinin saxlanıldığını açıqlayıb.“Polis əməkdaşı Rovno bölgəsində tapılıb. Hazırda təcili istintaq tədbirləri davam etdirilir. Əlavə araşdırmanı Dövlət İstintaq Bürosu aparacaq”, - deyə açıqlamada əlavə edilib.V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
reyting.az

2Sources