EN

Mayami meri bitkoinlə aldığı maaşdan 300% gəlir əldə etdiyini açıqlayıb

Mayami meri Frensis Suares “Fox Business” kanalına verdiyi müsahibədə, maaşını bitkoinlə almaq qərarının ona təxminən 300% mənfəət gətirdiyini bildirib. Onun sözlərinə görə, o, maaşını almağa başladıqda bitkoinin məzənnəsi təxminən 30 min dollar idi.

“İndi bu, təxminən 300%-lik artımdır. Bitkoin 120 min dollara çatanda isə mənfəət 400% olub. Mən gündəlik qiymət dəyişikliklərinə görə narahat deyiləm,” – deyə Suares qeyd edib.

O əlavə edib ki, onu daha çox “şəffaf emissiya sisteminə malik və insanlarda etimad yaradan aktivin makroeffekti” maraqlandırır.

Suares 2021-ci ildən etibarən maaşının bir hissəsini kriptovalyuta ilə almağa başlayıb.

O, 2020-ci ildən bəri açıq şəkildə kriptobazarı dəstəkləyir və portfelində BTC və ETH saxladığını etiraf edir.

Chosen
39
banker.az

1Sources