EN

İsrail Livanda bir qrup radikal yaraqlıya hücum edib

İsrail

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Hizbullahın mühəndislik meydançasında silahlı radikallar qrupuna hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Tir bölgəsində “Hizbullah”ın mühəndis bölməsinə məxsus terror obyektində fəaliyyət göstərən terrorçulara zərbələr endirib”. Mətbuat xidmətinin məlumatına görə, müəssisə "Hizbullah terrorçuları tərəfindən müharibə zamanı İsrail hərbçiləri tərəfindən dağıdılmış terror infrastrukturunun bərpası üçün istifadə olunan avadanlıqlar istehsal edib".

İsrail ordusu Hizbullah radikallarının hədəfdə fəaliyyətinin İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulması olduğunu qeyd edib.

Məryəm Quliyeva

Chosen
44
1
xalqcebhesi.az

2Sources