EN

“Maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam” – Elvin Cəfərquliyev

“Bütün Azərbaycan xalqığı təbrik edirəm. “Çelsi” ilə heç-heçə qələbəyə bərabərdir. Həqiqətən də komandamız çox inkişaf edib, böyüyüb. “Qarabağ” elə bir səviyyədədir ki, bu gün “Çelsi” üzərində qələbədən də danışırıq. Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Bilirdik ki, rəqib yüksək pressinqdə oynayır və bu, bizə çətinliklər yaradırdı. Amma buna baxmayaraq, hər şeyin öhdəsindən gəldik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Çelsi” oyunu sonrası deyib. O, Avropa klublarından mümkün transfer təklifi ilə bağlı bunları deyib:

“Yeni təkliflər barədə menecerimlə danışığımız olmayıb. Avropa klublarından maraq ola bilər. Ancaq maraq varsa, bu o demək deyil ki, hansısa kluba transfer olacağam. Bunun reallaşması üçün menecerimlə danışıqlar aparılmalı, həm də mənim razılığım olmalıdır. Maraq olur, amma nə qədər realdır, bu barədə hələ heç nə deyə bilmərəm. Nə zamansa oturub menecerimlə bu mövzuda danışmalıyam”.

Chosen
17
8
idmanxeber.az

10Sources