EN

Ağ Ev dəki bu görüntüyə görə Tramp tənqid edildi

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Florida səfəri üçün dünən Oval Ofisdən çıxışı zamanı müşahidə olunan detal ABŞ mediasında müzakirələrə səbəb olub.

Missiya.Az "The Daily Beast"-ə istinadən xəbər verir ki, kadrlar vasitəsilə Oval Ofisin giriş qapısının yanında üç hissədən ibarət, qızılı rənglə “Oval Office” yazılmış kağız lövhənin asıldığı görünüb.

Bu görüntü ABŞ mediasında və sosial şəbəkələrdə tənqidlərə yol açıb. Bir çox müxalif dairələr Trampın bu addımını lağa qoyaraq “79 yaşlı Tramp Oval Ofisin harada olduğunu xatırlamaq üçün yeni lövhə asdırdı” kimi şərhlər yayıb.

"The Guardian"ın məlumatına görə, Delaver ştatından demokrat senator Liza Blant Roçester lövhə barədə “Kaş ki, çətin durumda olan amerikalılara kömək etməyə fokuslansaydılar. Bu, heç də yaxşı əlamət deyil”, deyə bildirib.

Seyranə Quliyeva

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
missiya.az

2Sources