EN

İsrail Misirlə sərhəddə silah qaçaqmalçılığına qarşı mübarizəni gücləndirir

İsrailin müdafiə naziri İsrael Katz Misirlə sərhədin qapalı hərbi ərazi elan edilməsi barədə göstəriş verib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Katz sözügedən ərazidə atəş açmaq qaydaları barədə də düzəliş edilməsinə əmr verib.

İsrailin müdafiə naziri hərbi rəsmilərlə görüşündə Misir sərhədindən dronlar vasitəsilə silah qaçaqmalçılığı ilə mübarizə məqsədilə texnoloji həll yollarının tapılmasını tapşırıb.

O, İsrailin Daxili Təhlükəsizlik Xidmətinin (Şin Bet) rəhbəri ilə danışaraq İsrail-Misir sərhədindən silah qaçaqmalçılığının terror təhlükəsi olaraq qiymətləndirilməli olduğunu bildirib.

Qeyd edək ki, İsrail-Misir sərhədinin uzunluğu 200 kilometrdir.

Chosen
39
3
apa.az

4Sources