Türkiyə hakimiyyəti ABŞ administrasiyasının tələblərinə baxmayaraq, Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərindən tamamilə imtina etmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankara Rusiya hava hücumundan müdafiə sistemlərindən istifadənin davam etdirilməsi ilə bağlı güzəştə getməyə hazır olduğunu bildirib, lakin Vaşinqtonun onlardan istifadənin tamamilə dayandırılması tələbini rədd edib.
Mənbələr qeyd edir ki, Türkiyə "S-400" sistemlərinin fəaliyyətini izləmək üçün "birgə hərbi mexanizm"in yaradılmasını müzakirə etməyə hazırdır.
Musavat.com