EN

Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib

Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb. Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.

Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, Arayik Harutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatılması təsdiqini tapıb.

Chosen
3
26
missiya.az

2Sources