EN

Kadi Borgesin sağlamlıq durumu necədir? – Klubdan AÇIQLAMA

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ” klubunun yarımmüdafiəçi Kadi Borges oyundan dərhal sonra komandanın tərəfdaşı olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı klubun mətbuat xidməti yayıb.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Bizim.Media

Chosen
36
10
bizim.media

10Sources