EN

“Qarabağ” Kadini uzun müddətlik itirdi

BAKI, 6 noyabr. TELEQRAF

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges matçdan dərhal sonra müayinədən keçib.

Teleqraf-ın məlumatına görə, müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Chosen
5
8
teleqraf.com

10Sources