EN

Zəfərin səsi, Vətənin nəfəsi -8 Noyabr coşqu ilə qeyd olunub

"Zəfərin nəğməkar palitrası” adlı tədbir “Uşaq və Tələbə Gənclər Dünyası” ictimai birliyinin təşkilatçılığı ilə, "Gənclər və Mədəniyyət Evi" tədris mərkəzinin rəhbərləri Zaur Əfəndiyev, Amil Abbasov və Leyla Əhədova, "Gənclər və Mədəniyyət Evi" tədris mərkəzinin rəssam-dizayner, pedaqoqu və «Qarabağ Vizual Art» qrupunun rəhbəri Könül Ələskərovanın təşkilatçılığı ilə Zəfər tədbiri təşkil edilib.

Redaktor.az xəbər verir ki, tədbiri psixoloq Nabat Mirzəyevanın aparıcılığı ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 44 günlük Vətən Müharibəsini əks etdirən video-slayd qonaqlara nümayiş etdirilib.

Qonaqlar içərisində hörmətli şəhid ailələri və qazilər çıxış ediblər.

Tədbirdə Həsənov Azər Aydın oğlu (Suqovuşan uğrunda şəhid olmuşdu) - yoldaşı Əsmər Həsənova və qızı Fatimə Həsənova (rəsm əsəri ilə çıxış edib), Musazadə Abbas Natiq oğlu (Tərtərdə əməliyyat zamanı ağır yaralanmış və şəhid olmuşdur) - atası Natiq Abbasov, bacısı Nərmin Qasımova və bacısı qızı İlayda Qasımova (gözəl rəsm əsəri sərgiləyib). Qazilərimiz, Xüsusi Təyinatlı Şəhid və Qazi Veteranı İctimai Birliyinin Abşeron rayonu üzrə sədri, ehtiyatda olan zabit, 44 günlük Vətən müharibəsinin iştirakçısı Süleyman Cəfərov və müavini, Xüsusi Təyinatlı Vidadi Əliyev çıxış etmişlər.

2222222
Chosen
44
redaktor.az

1Sources