EN

“NATO sursat istehsalında Rusiyanı geridə qoyub” - Alyansın baş katibi

“Son vaxtlara qədər Rusiya silah-sursat istehsalında NATO müttəfiqlərini qabaqlayırdı, lakin vəziyyət kəskin şəkildə dəyişdi. Alyans tempi artırdı və irəli getdi”.

Missiya.Az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.

O bildirib ki, dünya real və uzunmüddətli təhlükələrlə üz-üzədir, bunlardan əsas təhlükə Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi olaraq qalır.

Rutte Rusiyanın yaratdığı təhlükənin müharibə bitdikdən sonra da aradan qalxmayacağını, çünki bu ölkənin Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacağını bildirib.

Onun sözlərinə görə, Rusiya tək hərəkət etmir: Moskva Çin, Şimali Koreya, İran və digər dövlətlərlə əməkdaşlıq edir, müdafiə sahəsində əməkdaşlığı görünməmiş səviyyəyə qədər genişləndirir.

“Bu ölkələr uzunmüddətli qarşıdurmaya hazırlaşır və qlobal qaydaları pozmağa çalışır”, - deyə siyasətçi vurğulayıb.

Rutte əlavə edib ki, NATO ölkələri artıq üstünlük təmin edən ən müasir sistemlərə malikdir, lakin daha böyük istehsal həcminə və sürətli çatdırılmalara ehtiyac var.

"Biz artıq silah-sursatla bağlı vəziyyəti dəyişirik. Son vaxtlara qədər Rusiya bütün NATO müttəfiqlərinin birləşdiyindən daha çox sursat istehsal edib", - deyə siyasətçi qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
27
1
missiya.az

2Sources