EN

Premyer Liqa klubunun baş məşqçisi AFFA-ya çağırıldı, sorğu-sual edildi

«Kəpəz»in baş məşqçisi Azər Bağırov AFFA-ya dəvət olunub.

Bu barədə federasiyadan saytımıza məlumat verilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Gəncə təmsilçisinin çalışdırıcısı qurum nümayəndələri tərəfindən sorğu-sual edilib.

Söhbət nədən gedir? Bağırov Premyer Liqanın 10-cu turunda «Neftçi»yə 1:5 hesablı məğlubiyyətdən sonra hakimlərin ünvanına sərt ifadələr işlədib.

O, mətbuat kofnransında Rəvan Həmzəzadənin başçılıq etdiyi briqadanı «ağ yuyub, qara sərib»:

«Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə.

Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər.

Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var.

Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək».

AFFA mənsubları Azər Bağırovdan dediyi bu sözlərə aydınlıq gətirməsini tələb edib.

Dörd aylıq aradan sonra «sarı-göylər»in sükanı arxasına dönmüş mütəxəssisdən hakimlərin gizli əməlləri barədə məlumatlı olub-olmaması soruşulub.

O isə həmin fikirləri böyükhesablı məğlubiyyətin gətirdiyi stress altında söylədiyini, Həmzəzadə və köməkçiləri ilə bağlı heç nə bilmədiyini deyib.

Çalışdırıcıya xəbərdarlıq olunub ki, bundan sonra verəcəyi bütün açıqlamalara diqqət etsin, əks halda, sərt şəkildə cəzalandırılacaq.

SPORTİNFO.AZ

Chosen
35
sportinfo.az

1Sources