EN

"Qarabağ"dan yubiley oyunda əlamətdar qol

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Publika.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turuna təsadüf edib.

Peşəkar Futbol Liqasının məlumatına görə, “Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

“Qarabağ”ın bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

Chosen
24
21
publika.az

10Sources