EN

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Kürqarabucaq kəndinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Kürqarabucaq kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Zəfər Günü-Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin rəmzidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi; bu, Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin siyasi uzaqgörənliyinin və ordumuzun qəhrəmanlığının təntənəsi idi. 44 gün ərzində dövlət, xalq və ordu bir amal uğrunda birləşərək tarixə qızıl hərflərlə yazılan Böyük Qələbəyə imza atması və 30 illik vətən həsrətinə son qoyulması haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 8 Noyabr — Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün Vətənimizin ərazi bütövlüyünün bərpa olunduğu, xalqımızın illərlə arzuladığı ədalətin təmin edildiyi gündür. Zəfər Günü Azərbaycan xalqının sarsılmaz iradəsini, ordumuzun igidliyini və milli birliyimizi əks etdirən əlamətdar tarixdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib. Bu Qələbə dövlətimizin gücünü, xalqımızın birliyini və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirir. RİH-in başçısı qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlının qürur mənbəyidir. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə dərin minnətdarlığımızı bildiririk. Onların fədakarlığı sayəsində Azərbaycan bayrağı bu gün azad torpaqlarımızda qürurla dalğalanır. Zəfər Günü xalqımızın birliyinin, milli həmrəyliyinin və müstəqil dövlətimizin qüdrətinin rəmzidir. Bu Zəfər Azərbaycan tarixində əbədi yaşayacaq, gələcək nəsillərə qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olacaqdır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, maddi yardım köməkliyi, kənd tibb məntəqəsinə ixtisaslı həkimin təyin olunması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Chosen
42
50
unikal.az

10Sources