"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında ötən ayın ən yaxşısı seçilib.

Offsideplus.az xəbər verir ki, onun çalışdırdığı "Krasnodar" oktyabrda 3 matçda meydana çıxıb və hamısında qələbə qazanıb.

"Öküzlər" 14 turdan sonra 32 xalla Rusiya çempionatında liderdilər.

Qeyd edək ki, M. Musayevin komandası ötən mövsümü çempion kimi başa vurub.