EN

Ermənistanda Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq - Paşinyan hökümətindən QƏRAR


Nikol Paşinyan höküməti təhlükəsizlik orqanları barədə daha bir addım agtmağa hazırlaşır. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) yanında Xarici Əks-Kəşfiyyat Xidməti yaradılacaq. Erməni KİV-lərinin məlumatına görə, hökumətin bu gün keçirilən iclasında təsdiqlənən "Milli təhlükəsizlik orqanları haqqında" qanuna müvafiq dəyişikliklər layihəsi tezliklə parlamentə təqdim ediləcək. Qanun layihəsinin MTX və Xarici Kəşfiyyat Xidmətinin funksiyalarının bölünməsi ilə əlaqədar qəbul edilməsi təklif olunur. Ölkənin xarici kəşfiyyat fəaliyyəti ilə Xarici Kəşfiyyat Xidməti məşğul olacaq, xarici əks-kəşfiyyat isə MTX-nin strukturunda qalmalıdır.
Bunun üçün MTX-də müvafiq bölmənin yaradılması, eləcə də onun Xarici Kəşfiyyat Xidməti ilə qarşılıqlı əlaqəsinin tənzimlənməsi zərurəti yaranıb. Yeni bölmənin vəzifələrinə Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi də daxil olacaq.

Mətləb

Chosen
1
1
baki-xeber.com

2Sources