EN

Yüksək təzyiq zamanı qəhvə içmək olar? Kardioloqun cavabı

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

İki fincan qəhvə, hətta yüksək təzyiqə meyilli şəxslər üçün də zərərli sayılmır. Tədqiqatlar sübut edir ki, gündə bir-iki fincan qəhvə əksər insanlar üçün təhlükəsiz və sağlamlıq üçün faydalıdır. Bununla belə, qəhvə bəzən qan təzyiqinin müvəqqəti artmasına səbəb ola bilər ki, bu da müəyyən hallarda arzuolunmaz nəticələr doğura bilər. 

Qaynarinfo xəbər verir ki, "Verywellhealth.com” portalına açıqlamasında kardioloq Con Higginsi bu vəziyyətdə qəhvədən necə və nə qədər istifadə etməyin məqbul olduğunu izah edib.

Higginsin sözlərinə görə, gündə bir-iki fincan qəhvə içmək, qan təzyiqi nəzarət altında olan və ya bir qədər yüksəlmiş şəxslər üçün adətən təhlükəsiz hesab olunur. Kofeinin qısamüddətli dövrdə qan təzyiqini qaldırdığı məlum olsa da, uzunmüddətli və daimi qəhvə istifadəsi bunun əksinə təsir göstərə bilər.

Bir çox elmi işlərdə göstərilib ki, mütəmadi qəhvə içmək hipertoniya riskini artırmır. 13 kohort tədqiqatını əhatə edən meta-analizdə qəhvə istehlakı ilə hipertoniya inkişafı arasında əlaqə aşkarlanmayıb. 2023-cü ildə aparılan başqa bir meta-analiz isə qəhvəni daha çox içən insanlarda hipertoniya riskinin 7 faiz azaldığını göstərib.

Eyni zamanda, digər araşdırmalar da müntəzəm qəhvə içən şəxslərdə kofeinin təzyiqə təsirinə qarşı dözümlülüyün yarandığını ortaya qoyur. Amerika Kardiologiya Assosiasiyası da bildirir ki, sağlam böyüklər üçün orta miqdarda qəhvə qəbulu təhlükəsizdir.

Lakin kofeinə qarşı həssaslığı yüksək olan və ya qan təzyiqi nəzarət altında saxlanılmayan şəxslərin daha ehtiyatlı davranması tövsiyə olunur.

Qəhvənin təhlükəsiz dozası

Rəsmi məhdudiyyət müəyyən edilməsə də, mövcud məlumatlara əsasən, qan təzyiqi sabit olan insanlar üçün gündə 1–3 fincan qəhvə içmək adətən təhlükəsiz sayılır.

Bununla belə, kofeinin miqdarı qəhvənin hazırlanma üsulundan asılı olaraq dəyişir. Buna görə də ümumi kofein qəbulunu nəzərə almaq vacibdir – təkcə qəhvədən deyil, həm də çay, qazlı və enerji içkilərindən gələn kofeini hesablamaq lazımdır.

Qəhvə içərkən diqqət ediləcək məqamlar

* Qəhvəyə əlavə etdiyiniz inqrediyentlərə diqqət edin: şəkər, şərbət və yağlı süd çəkinin artmasına və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər, bu da dolayı yolla təzyiqin yüksəlməsinə və kofeinin təsirinin güclənməsinə səbəb olur.

* Saat 14:00–15:00-dan sonra qəhvə içməkdən çəkinin: axşam saatlarında içilən qəhvə yuxu rejimini poza və nəticədə qan təzyiqini artıra bilər.

* Qəhvə içdikdən dərhal sonra təzyiq ölçməyin: bu, göstəricilərin süni şəkildə yüksək çıxmasına səbəb ola bilər. Əgər kofeinin təzyiqinizə necə təsir etdiyini öyrənmək istəyirsinizsə, bunu ev şəraitində qəhvədən əvvəl və 30–60 dəqiqə sonra ölçməklə yoxlaya bilərsiniz.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
qaynarinfo.az

1Sources