EN

BP-nin AGT regionu üzrə xərcləri 4%-dən çox artıb

BP-nin

Bu ilin doqquz ayında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 335 müəssisə) xərcləri 1 167,5 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 4,6% artım deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (15 müəssisə üzrə) çərçivəsində 469 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (75 şirkət üzrə) 267,5 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 222 kiçik və orta müəssisə üzrə xərcləri 378,8 mln. dollar, 39 dövlət şirkəti üzrə xərcləri isə 52 mln. dollar təşkil edib.

Chosen
15
5
xalqcebhesi.az

6Sources