EN

Bütün proseslər xalqlar arasında qarşılıqlı etimadın formalaşması baxımından əhəmiyyətlidir Politoloq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycanın Ermənistana tranzit yüklərinin daşınmasında məhdudiyyətləri aradan qaldırması Ermənistanda müsbət qarşılanıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan Prezidentinə təşəkkür edib və bu addımı gözləmədiklərini bildirib”. Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.O deyib ki, bu, Azərbaycanın sülh istiqamətində, konstruktiv mövqedən çıxış edərək, addımlar atdığını sübut etdi:“Ermənistan tərəfinin öhdəliyi isə odur ki, yaxın vaxtlarda seçkilər keçirilsin, konstitusiya ilə bağlı referendum baş tutsun və Azərbaycana qarşı ərazi iddiaları ləğv edilsin. Bu şərtlər yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanması mümkün olacaq. Azərbaycan öz öhdəliklərini yerinə yetirir və bu, sülh quruculuğu baxımından region üçün əhəmiyyətli bir addımdır. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.  Ermənistan da Azərbaycan üzərindən tranzit imkanlarından istifadə etməyə başlayıb. Məsələn, Ermənistana taxıl daşımaları Azərbaycan ərazisindən keçməklə Gürcüstana yönəldilir. Bu da Ermənistan tərəfindən diqqətlə izlənilir və müsbət qiymətləndirilir. Bütün bu proseslər xalqlar arasında qarşılıqlı etimadın formalaşması baxımından əhəmiyyətlidir və sülhün möhkəmlənməsi üçün mühüm addımlardır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
demokrat.az

1Sources