EN

Sektor müdirinə töhmət verildi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova ilə bağlı intizam tənbehi tətbiq edilib.

Ölkə.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, regional idarə tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “şiddətli töhmət” elan edilib.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşib.

Chosen
11
15
olke.az

10Sources