EN

Deputat: Gəlin Gəncəyə sahib çıxaq

Bu gün təkcə regionlar deyil, eyni zamanda şəhərlərimizdən Bakıya böyük köç var.

Ölkə.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, şəhərlərdən olan köçlərin səbəbi işsizlikdir. “Ona görə də şəhərlərdə yeni iş yerlərinin açılmasına və mövcud iş yerlərinin saxlanmasına dövlətin dəstəyinə ehtiyac var. Bu vəziyyət Gəncədə də yaşanmaqdadır. Gəncədən köçün qarşısını almaq üçün ciddi addımalr ataq. Gəlin Gəncəyə sahib çıxaq”, - o qeyd edib. 

Azərbaycanın regionlarında və şəhərlərində sahibsiz heyvanlar probleminə toxunan deputat qeyd edib ki,  bu ciddi problemdir. “Bakıda bununla bağlı çox yaxşı praktika mövcuddur və bu problemin  bölgələrdə həllində Bakıdakı praktikanın tətbiq edilməsi, daha doğrusu sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması   yaxşı olardı”, - o vurğulayıb.
Deputat eyni zamanda ölkədə yağların süni şəkildə bahalaşmasından və buna nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib.

 Mürtəza

Chosen
51
olke.az

1Sources