EN

Rəşad Mahmudov: 300-dən çox qaraciyər və böyrək transplantasiyası dövlət hesabına həyata keçirilib

BAKI, 6 noyabr. TELEQRAF

Azərbaycanda ötən il 300-dən çox qaraciyər və böyrək transplantasiyası dövlət hesabına həyata keçirilib

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, ürək köçürülməsi əməliyyatı qeyd edilən transplantasiya əməliyyatlarından daha ucuz başa gəlir:
“Ona görə, hesab edirəm, ürək köçürülməsi əməliyyatlarının da bir hissəsi dövlət hesabına qarşılana bilər. Daha 10 əməliyyatın dövlət proqramına salınması nəzərə alına bilər”.

Chosen
67
teleqraf.com

1Sources