EN

Qurban Qurbanov Azərbaycanda bunu edən yeganə şəxsdir

Qurban Qurbanov Azərbaycanda bunu edən yeganə şəxsdir

Qurban Qurbanov “Qarabağ”la “Neftçi” arasında baş tutan görüşlərdə həm hər iki komandanın baş məşqçisi, həm də paytaxt təmsilçisinin futbolçusu kimi meydana çıxan yeganə şəxsdir.

AFN.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yalnız bir baş məşqçi hər iki klubun “sükanı arxasında”, birinin isə futbolçusu kimi Azərbaycan derbisində iştirak edib.

Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, “Neftçi”nin baş məşqçisi kimi derbidə iştirak edib. Əhmədov hər iki komandada qol da vurub.

Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov “Neftçi”nin, Elşad Əhmədov isə “Qarabağ”ın həm futbolçusu, həm də baş məşqçisi kimi derbi həyəcanı yaşayıb.

Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana “Neftçi”dəki komanda yoldaşı kimi çıxıb (13.03.2004. “Qarabağ” – “Neftçi” 1:3).

2006/2007 mövsümündəki iki matçda Qurban Qurbanov “Neftçi”nin baş məşqçisi, Samir Abasov isə “Qarabağ”ın futbolçusu olub (18.09.2006. “Neftçi” – “Qarabağ” 0:0, 27.04.2007. “Qarabağ” – “Neftçi” 0:2).

2010/2011 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi “Qarabağ”da 2 derbiyə çıxıb (08.08.2010. “Neftçi” – “Qarabağ” 1:1, 03.04.2011. “Neftçi” – “Qarabağ” 2:0).

Chosen
31
13
afn.az

10Sources